19
12:19
17 Oktyabr 2016

İstixana avadanlığı oğurlamış şəxslər tutuldu

Bakıda oğurluq etmiş 3 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Maştağa qəsəbəsində yaşayan Camal Məcidovun evindən istixana avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Tanrıverdiyev, Elnur Babayev və Firuz Muradov tutulublar.

Araşdırma aparılır.