17
16:37
15 Oktyabr 2016

Bakıda və İsmayıllıda ev yanıb

Bu gün Bakı şəhərində yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 5 m2 sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar hadisə İsmayıllı rayonunda da baş verib. Tircan kəndində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 49 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün, tavanının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.