33
00:54
15 Oktyabr 2016

Canavarlar İmişlinin kəndinə hücum çəkdi

İmişlinin Məmmədli kəndi ərazisində iribuynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb.

APA-nın Mİl-Muğan bürosunun məlumatına görə, kənd sakini Əyanət Sadıqova məxsus təsərrüfatda canavarlar dörd iribuynuzlu heyvanı ağır yaralayıb.

Faktla bağlı İmişli rayon baytarlıq idarəsi tərəfindən tədbirlər görülür. Kənd sakinlərinin sözlərinə görə, artıq üçüncü dəfədir ki, canavarlar şəxsi təsərrüfatlara hücum edirlər.