33
14:27
14 Oktyabr 2016

"Milli valyutanın üzərində Heydər Əliyevin şəkli olmalıdır" - Deputat

Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır.

APA-nln məlumatına görə, bu təklifi millət vəkili Siyavuş Novruzovparlamentin bu gün keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var: “ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma milli valyutamızın üzərində olmalıdır”.