28
13:26
14 Oktyabr 2016

İmişlidə məktəbdə yanğın olub

İmişli şəhərində məktəb yanıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Təhsil Nazirliyinə məxsus umumi sahəsi 2700 m² olan üçmərtəbəli 2 saylı tam orta məktəbin 1-ci mərtəbəsinin girişində elektrik lövhəsi yanıb.

Məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.