24
11:07
14 Oktyabr 2016

Evdən qadın meyiti tapıldı - BAKIDA

Bakıda evdə meyit tapılıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Svetlana Desi qızı Minnətovanın meyitini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.