46
15:16
13 Oktyabr 2016

Bakıda qızardılmış qurbağa ayaqları satılır - FOTO

Bakıda fəaliyyət göstərən brend restoranlardan birində qurbağa ətindən hazırlanmış yemək satılır. Lent.az -ın məlumatına görə, qurbağa ayaqlarından hazırlanan yemək restoranın menyusunda da öz əksini tapıb.

Restoranın menyusunda yazılana görə, qızardılmış qurbağa ayaqları göbələk və soğan halqaları ilə servis edilir. Yeməyin qiyməti 22 manatdır.