37
13:19
13 Oktyabr 2016

Sevinc Fətəliyeva AŞPA-da alt komitədə sədr oldu

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva komitənin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri vəzifəsinə seçilib.

Azərbaycanlı millət vəkili bu vaxta qədər alt komitənin vitse-prezidenti vəzifəsini icra edib və eyni zamanda, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq hüquqları üzrə baş məruzəçisidir.