24
12:31
13 Oktyabr 2016

Sevgisinə cavab verməyən qızı deşik-deşik edən şəxs MƏHKƏMƏDƏ

24 yaşlı qızı öldürməkdə təqsirləndirilən 1990-cu il təvəllüdlü Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 20-ə təyin edilib.

Xatırladaq ki, qətl bu il yanvar 22 Corat qəsəbəsində baş verib.

24 yaşlı Səbinə Salayeva C.Ağayev tərəfindən 26 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisə yerindən qaçan Cəfər Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəllərdə məhkumluq həyatı yaşayan C.Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib: "Sevgimə cavab vermədi, öldürdüm".

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.