16
04:35
11 Oktyabr 2016

Bakıda “Toyota” və BMW toqquşdu, yaralanan var

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Lent.az -ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə rayonun Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. “Toyota” və BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində BMW-də olan sərnişin Ələkbər Hüseynov xəsarətlər alıb.

Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, BMW-nin sürücüsü sola dönmə əməliyyatı edərkən qarşıdan gələn avtomobili gözləməyib. Nəticədə toqquşma baş verib.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.