28
04:22
11 Oktyabr 2016

İmişlidə ev əşyaları ilə birlikdə yandı

İmişlidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.