17
03:17
11 Oktyabr 2016

Bakıda 18 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az -ın "musavat.com"-a istinadən xəbərinə görə, hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb.

18 yaşlı İsabala Elxan oğlu Allahverdiyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər xəsarətin İsabala Allahverdiyevin ürəyini də zədələdiyini bildiriblər. Yaralının özü həkimlərə bildirib ki, küçə ilə gedərkən yıxılıb və nəticədə bədəninə şüşə parçası batıb. Lakin həkimlər yaranın xüsusiyyətinə görə, onun bıçaqla zərbə nəticəsində alındığını deyiblər.

Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.