29
22:36
10 Oktyabr 2016

İranda “Sepah”ın təyyarəsi qəzaya düşdü: 1 ölü, 1 yaralı

İranda “Sepah”ın təyyarəsi qəzaya uğrayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, təyyarə İran İslam İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunlarına məxsus olub və kəşfiyyat əməliyyatından qayıdarkən qəzaya uğrayıb.

Hadisə İranın İranşəhr şəhəri yaxınlığında baş verib, təyyarə elektrik xəttinə toxunaraq yerə düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Qeyd edək ki, İranşəh Sistan və Bəluçistan əyalətində yerləşir.