43
17:45
10 Oktyabr 2016

Kapitan avtoqəzada öldü - Ermənistanda

Bu gün İcevan-Yerevan avtomobil yolunda hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın news.am-a istinadən verdiyi məlumata görə, “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücüsü Vaçaqan Hayrabedyan ölüb.

Shamshyan.com-a görə, kapitan rütbəli hərbçi Vaçaqan Hayrabedyan Ermənistan Silahlı Qüvvələrində xidmət edirmiş.