27
12:59
10 Oktyabr 2016

Bakıda maşın qaçıran şəxslər tutuldu

Bakılda avtomobil qaçıran şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinni saytına istinadən xəbər verir ki, oktyabrın 8-nə keçən gecə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsi ərazisindən qəsəbə sakini Rövşən Cəfərova məxsus “VAZ-2101” markalı avtomobil qaçırılıb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Şirinov və Qabil Məmmədov tutulublar.