46
19:23
09 Oktyabr 2016

Bakıda avtobusda "İPhone" oğurluğu

Bakıda sərnişin avtobusunda oğurluq hadisəsi baş verib. Lent.az -ın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinə müraciət edən qadın 81 saylı marşrut avtobusu ilə Qaraçuxura gedərkən naməlum şəxsin onun "İPhone 5" markalı telefonunu oğurladığını deyib. Şikayətçi bildirib ki, telefonu onun cibindən götürüblər. Lakin o, oğurluğun konkret hansı dayanacaq yaxınlığında baş verdiyini bilmədiyini deyib.

Araşdırma aparılır.