76
18:16
09 Oktyabr 2016

Qadının avtomobilinin şüşəsini sındırıb 6 manat oğurladılar - BAKIDA

Bakıda avtomobildən oğurluq edilib. Lent.az -ın məlumatına görə, hadisə dünən səhər saatlarında Hövsan qəsəbəsində baş verib. 90 AD 880 dövlət qeydiyyat nişanlı, "Greet Vall" markalı avtomobilin sahibi olan Rüstəmova Rəfiqə Çərkəz qızı polisə müraciətində bildirib ki, naməlum şəxs və ya şəxslər maşının şüşəsini sındırmaq yolu ilə 6 manat oğurlayıblar.

Araşdırma aparılır.