36
13:20
07 Oktyabr 2016

Babək prospektində “BMW”nin altında qalan şəxs öldü

Bakıda yol qəzasında yaralanan şəxs ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 5-də saat 17 radələrində Xətai rayonunun Babək prospektində Bakı şəhər sakini Yalçın Qasımlı idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Məlik Mirzəyevi vurub. Xəstəxanaya yerləşdirilmiş M.Mirzəyev oktyabrın 6-da orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.