65
16:53
30 Sentyabr 2016

Ayın 10-da Azərbaycanda televiziya və radio yayımı dayandırılacaq

Oktyabrın 10-da Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika aparılacaq.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov Lent.az -a açıqlamasında bildirib ki, profilaktika işləri hər il aparılır: “Kompleks profilaktika ilə əlaqədar bəzi telekanal və radiostansiyaların yayımı müvəqqəti dayandırılacaq. İşlər günorta saat 3-ə kimi davam edəcək, saat 15:00-dan sonra telekanal və radiostansiyalar fəaliyyətlərini bərpa edəcəklər”.

Kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Trend İnformasiya Agentliyi yaymışdı.