36
09:15
30 Sentyabr 2016

Bakıda geyim mağazası yandı

Ötən gecə Bakının Binəqədi rayonunda mağaza yanıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan dəmir konstruksiyalardan ibarət anbarın içərisində olan geyim əşyaları 4 m2 sahədə yanıb.

Yüksək temperaturdan anbara bitişik ümumi sahəsi 21 m2 olan geyim mağazasının lambirdən ibarət tavanı əriyib. Anbarın, mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.