33
01:50
30 Sentyabr 2016

Marketdə E -manat terminalı sındırıldı, kassadakı pullar oğurlandı

Abşeron Rayon Polis idarəsinə müraciət edən vətəndaş Fikrət İsmayılov ona məxsus Masazır qəsəbəsində olan mağazadan oğurluq olunması barədə məlumat verib. APA TV -nin məlumatına görə, hadisə yerinə baxış keçirən polis əməkdaşları oradan kassada olan təqribən 690 manat pulun və mağazada E- manat ödəmə aparatının sındırılaraq içərisində olan nağd pulun oğurlandığını müəyyən ediblər. Rayon polis idarəsinin cinayət axtarış şöbəsinin keçirdiyi əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Əflatun Bayramov saxlanılıb. İstintaq zamanı dindirilən Bayramov əməlini səmimi etiraf edib.

Onun sözlərinə görə o, sözü gedən mağazanın yaxınlığında usta işləyib. Əflatun Bayramov hadisəni gecə vaxtı törətdiyini deyib. Əvvəllərdə məhkumluq həyatı yaşayan Əflatun Bayramov asan yolla əldə etdiyi pulları öz istirahəti üçün xərclədiyini bildirib.

Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.