23
00:48
30 Sentyabr 2016

“Toyota” dirəyə çırpıdı, sürücü xəstəxanalıq oldu

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:26-da başa çatıb.