32
13:46
29 Sentyabr 2016

2017-ci ildə müəllimlərin qiymətləndirilməsinə 80 milyon manat ayrılıb

2017-ci ildə Naxçıvan Muxtar Respublikasında, habelə respublikanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsinin nəticələrinə əlavə 80,0 mln. manat vəsait proqnozlaşdırılıb.

Lent.az -ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə 2017-ci il üçün dövlət büdcəsinin layihəsində qeyd olunub.

Növbəti mərhələdə isə respublikanın qalan 26 şəhər və rayonunda bu prosesin davam etdirilməsi nəzərdə tutulur.