22
23:50
26 Sentyabr 2016

Şadlıq evində yanğın oldu - Bakıda

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan 3 mərtəbəli "NEOLİT" şadlıq evinin mətbəxində şaxtadan keçən elektrik kabeli 6 p.m yanıb.

Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.