29
12:48
26 Sentyabr 2016

Yol polisi qaçırılmış avtomobildə 5 nəfəri yaxaladı

Sumqayıt şəhər sakininə məxsus avtomobil qaçırılıb. Lent.az daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 24-də saat 03 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsindən qəsəbə sakini Adil Şirinova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Ceyhun Paşayev və sərnişinləri - Gəncə şəhər sakinləri İsmayıl Baxşəlizadə, əvvəllər məhkum olunmuş Nadir Hüseynov, Sərxan İsgəndərov və Ucar rayon sakini Fərid Abdurəhmanov saxlanılaraq Sumqayıt ŞPİ 4-cü PB-yə təhvil verilib.

Araşdırma zamanı İ.Baxşəlizadənin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə federal axtarışda olması da müəyyən edilib.