31
14:17
25 Sentyabr 2016

Xoşqədəm Hidyətqızı efirə qayıtdı – “Səni axtarıram” yenidən efirdə

Bu gün “Xəzər” televiziyasında “Səni axtarıram” verilişi yenidən efirə çıxacaq. Lent.az -ın məlumatına görə, müxtəlif səbəblərdən bir birilərindən ayrı düşmüş insanları birləşdirən görüşdürən proqram bir il sonra yenidən yayımlanacaq.Hər bazar saat 22:00 da yayımlanacaq proqramı verilişin yaradıcısı və layihə rəhbəri tanınmış jurnalist Xoşqədəm Hidayətqızı aparacaq.

Qeyd edək ki, proqram 2015 ci ildə 5 il yayımlandığı Atv kanalında fəaliyyətini dayandırıb və daha sonra Ans telekanalında yayım davam etdirilib. Burada isə MTRŞ-ın məlum qərarı ilə verilişin yayımı dayandırılıb.