27
17:02
24 Sentyabr 2016

Azərbaycanda baş verən bir sıra oğurluğun üstü açıldı

Azərbaycanın bir sıra bölgələrində baş vermiş oğurluq hadisələrinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən həmin hadisələri təqdim edir:

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də şəhər sakini Rövşən Əliyevə məxsus mağazadan 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Sənan Süleymanlı tutulub.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Bakı şəhər sakini Teymur Abdullayevin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Şirinov həbs edilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-dən 17-dək olan müddətdə Bakı şəhər sakini Vüqar Səfərovun Maştağa qəsəbəsindəki bağ evindən inşaat materialları və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Tərlan Quliyev və Vaqif Babayev tutulub.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Bakı şəhər sakini Fərqanə Abdullayevanın pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi Elşad Məhərrəmov həbs edilib.