24
17:57
23 Sentyabr 2016

Salyanda bankomatdan 155 min manat apardılar

Salyan rayonunda bankomatdan oğurluq olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə rayonun Sarvan kəndində baş verib.

Naməlum şəxslər banklardan birinin bankomatından 155 min manat oğurlayıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb.