19
14:19
23 Sentyabr 2016

Metroda sərnişinin halı pisləşib

Bu gün Bakı Metropoliteninin "28 May" stansiyasında orta yaşlı qadın huşunu itirərək yıxılıb.

APA-nın xəbərinə görə, hadisə yerində olanlar ona kömək göstərməyə çalışıblar, lakin qadın özünə gəlməyib.

Daha sonra polis əməkdaşları tibbi yardım göstərilməsi üçün onu stansiyadan çıxarıblar.

Qadının kimliyi məlum deyil.