40
13:07
23 Sentyabr 2016

"Qızıl Məryəm"in ölümündə təqsirləndirilənlər özlərini günahkar bilmir - YENİLƏNİB

Prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərdən Ceyhun Əsgərov özünü qismən təqsirli bilib. Günel və Nicat isə özlərini təqsirli bilməyib.

Proses sentyabrın 30-da davam etdiriləcək.

**

11:45

Bu gün "Qızıl Məryəm" kimi tanınan 1965-ci il təvəllüdlü Məryəm Nametzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkilləri cinayət işində ailə sirləri və intim epizodlar olduğuna görə prosesin qapalı keçirilməsi barədə vəsatət verilib. Vəsatət təmin edilib. Jurnalistlər prosesdən çıxarılıb.

Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.