70
10:42
23 Sentyabr 2016

Jurnalist Abuzər Cəfərovun cinayət işinə Ali Məhkəmədə baxılacaq

Dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayət üzrə proses davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə çıxış edib. Vəkil prosesin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət təmin edilməyib. Qərardan narazı qalan müdafiəçi Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, jurnalist A.Cəfərov ötən il Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İttihama görə, o, 8 nəfərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.