41
09:59
23 Sentyabr 2016

Moskvada yanğında 8 yangınsöndürən öldü - YENİLƏNİB

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Moskvanın Amur küçəsində plastik məmulatlar anbarının yağın baş verən ərazisindən 8 yanğınsöndürənin meyitini aşkar ediblər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, FHN-dən bildirilib ki, yanğınsöndürənlər güclü alov, yüksək temperatur və qatı tüstü səbəbindən xilas ola bilməyiblər.

Yanğınsöndürənlər anbarda olan qaz balonlarını və kompressorların partlayışının qarşısının alınması məqsədilə soyutma işləri üçün binanın damında su ehtiyatı toplamaq istəyiblər.

"Onlar hadisə yerinə hamıdan əvvəl gələrək yanğın kəşfiyyatı aparıb, 100-dək işçisini təxliyə ediblər. Lakin yanğın nəticəsində anbarın damı çöküb və yanğınsöndürənlər dağıntılar altında qalaraq həyatlarını itiriblər", - deyə məlumatda bildirilir.

***

01:34

Moskvada süni gül anbarda baş vermiş yanğının söndürülməsi zamanı 5 yangınsöndürən ölüb. Bu barədə APA TASS-a istinadən xəbər verir.

“Moskvanın Amurskaya küçəsində yerləşən süni gül anbarında baş vermiş yanğının söndürülməsi zamanı beş yangınsöndürən ölüb. Yanğına dördüncü təhlükəlilik dərəcəsi verilib”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.