48
02:58
22 Sentyabr 2016

Putin sabiq merə orden verdi

Moskvanın sabiq meri Yuriy Lujkov IV dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub.

APA -nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimi Putin fərman imzalayıb.

Məlumatda deyilir ki, Y.Lujkov bu mükafata fəal ictimai fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, sentyabrın 21-də Y.Lujkovun 80 ili tamam olub.