24
22:59
20 Sentyabr 2016

Paytaxtda BMW yandı

Bakıda yanğın hadisəsi baş verib. Lent.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.