27
20:49
20 Sentyabr 2016

Qubada azyaşlı qızı maşın vurdu

Qubada yol nəqliyyat hadisəsi baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Gülay Mikayılovanı maşın vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Azyaşlıya sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.