50
10:51
20 Sentyabr 2016

Nəvə nənəsinin dərsində səs salan şagirdi xəstəxanalıq etdi - YENİLƏNİB

Bakıda orta məktəb şagirdləri arasında baş vermiş insidentin təfərrüatları məlum olub. Hadisənin baş verdiyi Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 127 saylı məktəbin direktoru Mərhəmət Məmmədov Lent.az -a açıqlamasında bildirib ki, dava 11-ci sinifdə oxuyan Mustafa Muradovla Azad İsmayılov arasında baş verib: “Azadın nənəsi Azərbaycan dili-Ədəbiyyat müəllimidir. Onun dərsində uşaqlar arasında narazılıq yaranıb. Sonra məktəbdən kənarda dalaşıblar. Sonra Mustafanın valideynləri Azadın üzr istəməsini gözləyib. Daha sonra da təcili yardıma müraciət ediblər”.

Məktəb direktoru əlavə edib ki, hər iki şagirdin valideynləri məktəbə dəvət edilib və məsələ artıq həll edilib.

Bakı şəhər Baş Təhsil İdarəsindən isə Lent.az -a bildirilib ki, hadisə araşdırılacaq.

*****

02:07

Qaradağ rayonunda qanlı hadisə baş verib.

Lent.az -ın “musavat.com”-a istinadən xəbərinə görə, Ələt qəsəbəsində ağır xəsarətlər alan məktəbli xəstəxanaya gətirilib.

Yaralı 16 yaşlı Muradov Mustafa Fazil oğluna tibbi yardım göstərilib. Həkimlər kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan Mustafa Muradovun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, 127 saylı orta məktəbin şagirdi Mustafa Muradov müəlliminin oğlu tərəfindən döyülüb. Müəllim oğlu Mustafanı anasının dərsində səs saldığı üçün döyüb.

Faktla əlaqədar Qaradağ Rayon polis idarəsində araşdırmalara başlanılıb.