28
23:10
19 Sentyabr 2016

İmişlidə “Kamaz” yandı

İmişlidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Cəfərli kəndində vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilinin kabinə hissəsi, təkərləri və banına yığılmış 10 ton ot baglamasının 3 tonu yanıb.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.