35
13:50
19 Sentyabr 2016

Rusiyada ŞOK CİNAYƏT: 3 azərbaycanlı güllələndi

Rusiyada üç Azərbaycan vətəndaşı güllələnib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə mr7.ru saytı məlumat yayıb.

Hadisə sentyabrın 18-də səhər saatlarında Leninqrad vilayətinin Qatçina şəhərində yerləşən barların birində baş verib.

Mübahisə zəminində baş verən insident zamanı barın müştərilərindən biri 20, 22 və 27 yaşlı Azərbaycan vətəndaşlarına atəş açıb.

Nəticədə onlar bədənin müxtəlif yerlərindən güllə yaraları alıblar.

Yaralı həmyerlilərimiz özləri xəstəxanaya gediblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.