29
12:49
19 Sentyabr 2016

2 nəfərin öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Zərdab rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 18-də saat 18 radələrində Zərdab rayonunun Mollakənd kəndində Ağdaş rayon sakini Qabil Rzayevin idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini Valeh Zeynalovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə Q.Rzayev hadisə yerində ölüb, sərnişinləri - Ramilə Məmmədova və qızı Dəniz xəstəxanaya yerləşdiriliblər. R.Məmmədova orada ölüb.

Zərdab RPŞ tərəfindən araşdırma aparılır.