50
16:56
18 Sentyabr 2016

Polis: Müsavatın mitinqində 500-ə qədər iştirakçı olub YENİLƏNİB

Müsavat Partiyasının mitinqi başa çatıb.

APA-nın məlumatına görə, aksiyada hər hansı insident qeydə alınmayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA -ya verilən məlumata görə aksiyada 500-ə qədər Müsavat Partiyası üzvü və tərəfdarı iştirak edib.

***

15:12

Bu gün Müsavat Partiyası mitinq keçirir.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır.

Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.