87
14:20
18 Sentyabr 2016

RUSİYADA SEÇKİ: Putin səs verdi - FOTO - YENİLƏNİB

Bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın Lennin prospektində Elmlər Akademiyasının binasındakı 2151 saylı seçki məntəqəsində səs verib. Lent.az -ın Moskvaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Putin daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, bazar günü olmasına baxmayaraq bu gün işdə olacaq. Jurnalistlərin "kimə səs verdiniz?" sualına isə Putin gülümsəyərək "Məgər siz kimə səs verəcəyimi bilmirsiniz?" deyərək cavab verib.

xxx

11:10

Bu gün Rusiyada dövlət dumasına seçkilər keçirilir. Lent.az -ın Rusiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, seçkilərdə 14 partiya iştirak edir. Son rəy sorğularının nəticələri hakim "Vahid Rusiya" partiysının şanslarının daha yüksək olduğunu göstərir.

Bu gün Rusiyanın həm də 9 regionuna rəhbər seçiləcək.Əsasən Çeçenistan və Komi respublikasındakı seçkilərin nəticəsi maraqla gözlənilir. Belə ki, çeçen lider Ramzan Kadırov 4 rəqibi ilə mübarizə aparır.

Bu seçkilərdə bizim üçün mraqlı olan əsas məqam isə azərbaycanlıların fəallığı ilə bağlıdır. Təəssüf ki, dumaya seçilmək üçün namizədliyini vermiş 5 min nəfər arasında 1 nəfər də olsun azərbaycanlı yoxdur.