46
16:46
17 Sentyabr 2016

Milli Şuranın mitinqində dövlətə itaətsizlik çağırışı

Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli hazırda məhkəməsi davam edən Taleh Bağırzadənin müraciətini səsləndirib.

Lent.az -ın xəbərinə görə, T. Bağızadənin çıxışında açıq şəkildə inanclı şəxslər dövlətə qarşı itaətsizliyə səslənib.

Mitinqdə tez-tez "Allahu-Əkbər" şüarları eşidilir.

Qeyd edək ki, Taleh Bağırzadə ötən ilin noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatı zamanı tutulub.

Həmin vaxt T. Bağırzadənin və tərəfdarlarının açdığı atəş nəticəsində iki polis əməkdaşı həlak olub, polisə müqavimət göstərən 5 nəfər öldürülüb.