21
11:44
16 Sentyabr 2016

Dələduz qadının cəzası azaldılmadı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnarə Fətullayevanın birinci instansiya məhkəməsindən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az -ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, E.Fətullayevanın apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən müəyyən hissə dəyişdirilib. Belə ki, onun ittiham olunduğu külli miqdarda olan hissə xeyli miqdarda ilə əvəzlənib. Lakin E.Fətullayevanın 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, E.Fətullayeva şəhər sakinlərinin etimadını qazanaraq onlara qarşı külli miqdarda dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fətullayeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.