62
15:34
16 Sentyabr 2016

Azərbaycanda iki bacının faciəsi: biri öldü, digəri komadadır - FOTO

Daxili İşlər Nazirliyi Abşeron rayonunda iki bacının düşdüyü ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini Sürayyə Qəhrəmanovanın idarə etdiyi “Chevrolet” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

*****

12:59

Dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub. Lent.az -ın məlumatına görə, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.

Qəzaya düşən bacılar Bakıdakı özəl klinikalardan birində çalışırmış. Onlar Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşüblər.

*****

10:06

Abşeron rayonunun Novxanı qəsəbəsində ağır yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, qəsəbənin mərkəzi yolunda "Chevrolet" markalı minik avtomobili "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 24 yaşlı qız vəfat edib. Onun həmyaşıdı olan digər qadın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.