33
04:41
16 Sentyabr 2016

Hillari Klinton: "Özümü əla hiss edirəm"

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton jurnalistlərə özünü yaxşı hiss etdiyini bildirib. APA -nın “RA Novosti”yə istinadən verdiyi xəbərə görə, Klinton sentyabrın 16-da Şimali Karolinada çıxışı zamanı jurnalistləri maraqlandıran bütün sualları cavablandıracağını vəd edib.

“Mən özümü əla hiss edirəm, sağ olun!”, - deyə Klinton təyyarəsinin göyərtəsində KİV nümayəndələrinə bildirib.

Demokratlar Partiyasından prezidentliyə namizəd digər suallara cavab verməkdən boyun qaçırıb.