43
12:02
14 Sentyabr 2016

Ötən ay Azərbaycanda neçə nəfər zəhərlənib?

2016-ci ilin avqust ayı ərzində Azərbaycanda ümumilikdə 75 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az -a verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 190 nəfər zərər çəkib.

Ötən ayın nəticələrinə əsasən, ölkədə 2 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb. Botulizm hadisəsi sakinlərin evdə hazırladıqları tutmalardan olub.

Qeyd edək ki, zəhərlənmələr əsasən Beyləqan, Göyçay ərazilərində yaşanıb.