20
13:14
12 Sentyabr 2016

Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

Türkiyədə güclü zəlzələ baş verib.

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Manisa şəhərinin Akhisar qəsəbəsində baş verən zəlzələ 5 bal gücündə olub. Şiddətli zəlzələ Manisaya yaxın İzmirdə və digər yaxın şəhərlərdə də hiss edilib.

İlkin məlumatlara görə, zəlzələdə ölü və yaralı yoxdur. Qəsəbədə dağıntıların olub-olmadığı araşdırılır.