34
19:31
11 Sentyabr 2016

Avtomobilin sürücüsü ona irad tutan velosipedçini döydü

Bakıda xuliqanlıq hadisəsi baş verib. Lent.az -ın məlumatına görə, 1987-ci il təvəllüdlü Bakıxanov Hüseyn Fərhad oğlu polisə ərizə ilə müraciət edərək bildirib ki, Səlyan şosesi 30 ünvanının qarşısında velosipedi ilə hərəkətdə olarkən “Mitsubishi” markalı avtomobil onu divara sıxıb. O, həmin sürücüyə iradını bildirdikdə “Mitsubishi”ni idarə edən şəxs avtomobili saxlayaraq düşub və velosipedçini döyərək hadisə yerindən uzaqlaşıb.

H.Bakıxanov müayinə olunub.

Araşdırma aparılır.