25
12:14
11 Sentyabr 2016

Qardaşı Abdulla Öcalanla görüşə yollandı – FOTO

Xeyli vaxtdır Türkiyənin İmralı adasındakı həbsxanada saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalana yaxınları ilə görüşməklə bağlı icazə verilib. Lent.az -ın məlumatına görə, dünən ictimailəşən görüş icazəsindən sonra Abdulla Öcalanın qardaşı Mehmet Öcalan bu gün səhər saatlarında İmralıya yola düşüb. “Doğan” xəbər agentliyinə açıqlama verən Mehmet Öcalan Qurban bayramı ərəfəsində verilən icazənin çok gecikdiyini deyib: “İndi heç nə bilmirəm. Bizim bircə istəyimiz var. İki ilə yaxındır ailə üzvlərindən kimsə onunla görüşə bilmir. Vəkilləri də 5 il idi ki, həbsxanaya gedə bilmirdi. Hökumətdən və dövlətdən istədiyimiz tək şey qanunla icaə verilə görüşlərə şərait yaratmasıdır”.

Qeyd edək ki, Abdulla Öcalanla görüşə qardaşı ilə birgə vəkili Mazlum Dinc də yollanıb.