31
11:31
11 Sentyabr 2016

Bakıda avtomobil aşıb: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, paytaxtın Qaradağ rayonunda, Bakı-Qazax magistral yolunun 67-ci kilometrliyində 90 SO 047 dövlət qeydiyyat nişanlı "VAZ 2107" sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə 40 yaşlı sürücü aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.